BMT-nin Baş katibi dünya liderlərinə çağırış edib: “Təbiətlə ayaqyolu kimi davranmaq kifayətdir”
Tarix: 02-11-2021 08:06 | Bölmə: Cəmiyyət
BMT-nin Baş katibi dünya liderlərinə çağırış edib: “Təbiətlə ayaqyolu kimi davranmaq kifayətdir”

BMT-nin Baş katibi Antoniu Quterreş Qlazqo şəhərində İqlim Dəyişikliyi Konfransının açılışında dünya liderlərini və ictimaiyyəti təbiətə ayaqyolu kimi yanaşmamağa çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə dünyanın ən böyük təşkilatının saytında məlumat yerləşdirilib.

“Biomüxtəlifliyə qarşı sərt rəftar kifayətdir. Karbon qazı ilə özünüzü öldürmək kifayətdir. Təbiətlə ayaqyolu kimi davranmaq kifayətdir. Yerin təkini yandırmaq, qazmaq, inkişaf etdirmək kifayətdir. Biz öz məzarlarımızı qazırıq”, - Quterreş bildirib.

O əlavə edib ki, artıq iqlim dəyişiklikləri baş verir. Son 30 il ərzində dünya okeanlarının səviyyəsinin qalxma sürəti iki dəfə artıb, okeanlar həmişəkindən əhəmiyyətli dərəcədə istiləşib.

Quttereşin sözlərinə görə, okeanlar 2015-ci ildə Paris İqlim Sazişinin bağlanmasından sonrakı altı il ərzində Yer kürəsində indiyədək müşahidə müddətində ən isti olublar.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq