Şair Tofiq Bayramın oğlu koronavirusdan vəfat edib
Tarix: 02-11-2021 09:18 | Bölmə: Cəmiyyət
Şair Tofiq Bayramın oğlu koronavirusdan vəfat edib

Azərbaycanın mərhum şairi Tofiq Bayramın oğlu Cavanşir Bayramov vəfat edib. Reyting.az xəbər verir ki, Cavanşir Bayramov ötən gün koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, C. Bayramov ağır ürək əməliyyatı keçiribmiş və COVID-19 əleyhinə peyvənd olunduqdan sonra vəziyyəti ağırlaşıb. Həkimlərin müdaxiləsi onun həyatını xilas etməyib.

Qeyd edək ki, Cavanşir Bayramov Tofiq Bayramın ortancıl oğlu idi. Şairin böyük oğlu Zakir Bayramov isə 2004-cü ildə dünyasını dəyişib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq