11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxs həbs edilib
Tarix: 02-11-2021 11:25 | Bölmə: Cəmiyyət
11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxs həbs edilib

İmişli rayonunda 11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A. N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S. C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, İmişli rayon mərkəzi xəstəxanasından rayon sakini, 2010-cu il təvəllüdlü A. N-nın hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq