Xarici dövlətlərin Azərbaycanın aeroportlarında VİP salondan istifadə hüququ olan nümayəndələri müəyyənləşib
Tarix: 02-11-2021 13:00 | Bölmə: Cəmiyyət
Xarici dövlətlərin Azərbaycanın aeroportlarında VİP salondan istifadə hüququ olan nümayəndələri müəyyənləşib

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısı təsdiq olunub.

Reyting.az
-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Baş nazirinin və onun müavinlərinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikasının xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn rəsmi nümayəndə heyətləri;

2. xarici ölkələrin Azərbaycan Respublikasında səfirləri və baş konsulları;

3. beynəlxalq təşkilatların rəhbər şəxsləri;

4. BP Şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq