ABŞ-da 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvəndlənəcək
Tarix: 02-11-2021 15:29 | Bölmə: Cəmiyyət
ABŞ-da 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvəndlənəcək

Noyabrın 8-dən ABŞ-da 5-11 yaşlı uşaqların koronavirus infeksiyası əleyhinə peyvəndlənməsi üzrə dövlət proqramının icrasına başlanacaq.

Bunu “Vaşinqton Post” qəzeti Ağ evin COVİD-19-la bağlı koordinatoru Ceff Zientsə istinadla yazıb.

ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsinə bir neçə gün əvvəl icazə verib.

Valideynlər uşaqlarını peyvənd etdirə biləcəkləri tibb məntəqələrinin ünvanlarını Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytından öyrənəcəklər.

ABŞ-da 5-11 yaşlarında 28 milyon uşaq var.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 5 milyon 20 mindən çox adamın ölümünə gətirib. Ölümlərin 767 mindən çoxu ABŞ-da qeydə alınıb.(Novator.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq