İstixana qazlarını azaltmaq üçün tikintidə taxtadan çox istifadə ediləcək
Tarix: 03-11-2021 10:57 | Bölmə: Cəmiyyət
İstixana qazlarını azaltmaq üçün tikintidə taxtadan çox istifadə ediləcək

2025-ci ildən etibarən Niderlandın paytaxtında bütün yeni binalar əsasən ağac materiallarından istifadə olunmaqla tikiləcək. Amsterdam şəhər bələdiyyəsi bununla bağlı “Green Deal Timber Construction” şirkəti ilə anlaşma imzalayıb.

Reyting.az
bildirir ki, bu barədə məlumatı Niderlandın “Dezeen” qəzeti yayımlayıb. Yerli bələdiyyə ilə şirkət arasında rəsmi razılaşmaya əsasən, bundan sonra inşaatçılar binaların tikintisində ən azı 20 faiz ağac materialından və ya ekoloji cəhətdən təmiz digər məmulatlarından istifadə edəcəklər.

Niderland şəhər administrasiyası bu yolla planetin atmosferi üçün zərərli sayılan dəmir-beton istehsalından asılılığı minimuma endirməyi düşünür. Eyni zamanda ağac materiallarının istixana qazlarını udmaq və özündə saxlamaq kimi bacarığı qeyd olunur. Mütəxəssislər binaların inşası zamanı çətənə və mantar kimi bioparçalanan komponentlərdən də yararlanmağı təklif edirlər.

Amsterdam Şəhərlərin perspektiv layihələri institutunun analitiklərinin proqnozlarına görə, belə bir addım ölkənin paytaxtında atmosferə buraxılan zəhərli qazların həcmini ildə 220 ton azaltmağa imkan verəcək və 2050-ci ilə qədər Niderlandda istixana qazlarının emissiyasını tamamilə aradan qaldırılacaq.

Mütəxəssislər mövcud pandemiya fonunda inşaatda orqonik materiallara üstünlük verilməsini binaların açıq pəncərələrindən içərinin təbii ventillasiyasına ciddi ehtiyacın yaranması ilə izah edirlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq