10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
DİN-nin seçim turundan keçən gənclərin 75 nəfəri Vətən müharibəsi iştirakçılarıdır
Tarix: 03-11-2021 21:23 | Bölmə: Cəmiyyət
DİN-nin seçim turundan keçən gənclərin 75 nəfəri Vətən müharibəsi iştirakçılarıdır

Noyabrın 3-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır.




Bölməyə aid digər xəbərlər