10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Azərbaycanda vaksin çatışmazlığı yoxdur
Tarix: 04-11-2021 18:43 | Bölmə: Cəmiyyət
Azərbaycanda vaksin çatışmazlığı yoxdur

“Azərbaycanda “Sinovac”, “Pfizer”, “AstraZeneca” və “Sputnik V” vaksinləri istifadə olunur. Ölkədə hər hansı vaksin üzrə çatışmazlıq yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda əsasən “Sinovac” peyvəndindən istifadə olunur: “Ölkəyə ümumilikdə 12 milyon doza “Sinovac” gətirilib. Hazırda bu vaksinlər istifadə olunur. Ehtiyatda da kifayət qədər vaksin var. Bu gün əhali arasında buster doza da populyardır. Azərbaycanda, həm də dünyada buster dozanın vurulması 6 aydan sonra tövsiyə olunur. Vətəndaşlara 6 aydan sonra 3-cü doza vurulmasını tövsiyə edirik”.




Bölməyə aid digər xəbərlər