10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Həbs edilən sabiq direktor nədə ittiham olunur?
Tarix: 04-11-2021 22:41 | Bölmə: Cəmiyyət
Həbs edilən sabiq direktor nədə ittiham olunur?

Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun ittiham olunduğu məlum olub.

Reyting.az
-ın məlumatına görə, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə onun barəsində istintaq orqanın təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.(APA)




Bölməyə aid digər xəbərlər