10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Hərbçimiz qəlpə yarasından həlak olub
Tarix: 04-11-2021 22:55 | Bölmə: Cəmiyyət
Hərbçimiz qəlpə yarasından həlak olub

Bu gün saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Hərbi qulluqçunun təxliyyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.




Bölməyə aid digər xəbərlər