10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Həbs edilən sabiq rəisin ibtidai istintaqı başa çatıb
Tarix: 05-11-2021 09:13 | Bölmə: Cəmiyyət
Həbs edilən sabiq rəisin ibtidai istintaqı başa çatıb

Şəmkirdə karğüzarına qarşı zor tədbiq etməkdə təqsirləndirilən Kür Qəsəbə Mənzil İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.




Bölməyə aid digər xəbərlər