10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Elmi Şuraya sədrlik Azərbaycandan Türkiyəyə keçib - Foto
Tarix: 05-11-2021 09:44 | Bölmə: Cəmiyyət
Elmi Şuraya sədrlik Azərbaycandan Türkiyəyə keçib

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının noyabrın 4-də İstanbulda keçirilən IV iclasında Şuraya müddətli sədrlik Azərbaycandan Türkiyəyə keçib.

Reyting.az
-ın məlumatına görə, Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycanın sədrliyi dövründə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bir çox tədbirlərin fasiləsiz və uğurla həyata keçirildiyini bildirib və səmərəli əməkdaşlığa görə Azərbaycanın təhsil naziri Emin Əmrullayevə təşəkkürünü çatdırıb. Akademiya rəhbəri Türkiyə tərəfinin sədrliyi uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

Təhsil naziri Emin Əmrullayev Akademiyaya və Elmi Şura üzvlərinə təşəkkürünü bildirərək, dönəm başqanlığını bildirən rəmzi lövhəni Türkiyə milli təhsil naziri Mahmud Özerə təqdim edib.

Bir sıra məsələlərin müzakirə olunduğu toplantıda ilk dəfə qonaq qismində Özbəkistan da iştirak edib və Türk Akademiyasının fəaliyyətinə önəm verdiyini bildirib.

İclasda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının V iclasının 2022-ci ilin mart ayınadək Qazaxıstanda keçirilməsi qərara alınıb.





Bölməyə aid digər xəbərlər