Zooparkda kaftarlar və şirlər koronavirusa yoluxub
Tarix: 06-11-2021 13:05 | Bölmə: Cəmiyyət
Zooparkda kaftarlar və şirlər koronavirusa yoluxub

Dünyada ilk dəfə kaftarların da COVİD-19 virusuna yoluxması faktı ABŞ-ın Kolorado ştatındakı Denver zooparkında qeydə alınıb.

Reyting.az
rambler.ru-ya istinadla bildirir ki, söhbət adıçəkilən zooparkda yaşayan iki heyvandan gedir. Heyvanat parkının instaqram səhifəsində yerləşdirilmiş məlumatda deyilir: “Bizim zooparkın sakinləri olan iki kaftardan - 22 yaşlı Nqozi və 23 yaşlı Kibonın qanından götürülmüş qanın virus test analizləri müsbət nəticə vermişdir”.

Bunun ardınca Kolorado ştatının universiteti və ABŞ milli baytarlıq xidməti tərəfindən aparılmış laboratoriya diaqnostikası da heyvanların təhlükəli virusa yoluxması faktını təsdiqləyiblər.

Denver zooparkının əməkdaşının sözlərinə görə, kaftarlarda xəstəliyin əlamətləri özünü halsızlıq, burundan axıntı və öskürək ilə göstərir. Baytar həkim yırtıcı dördayaqlıların koronavirusdan tamamilə sağalacağına əmin olduqlarını bildirib.

Məlumatda o da qeyd olunur ki, bundan əvvəl həmin zooparkda COVİD-19 11 şirdə aşkarlanıb və hazırda onların yarısı virusdan qurtulub. Eyni zamanda burada iki pələng də yoluxucu xəstəlikdən müalicə olunaraq sağalıb.




Bölməyə aid digər xəbərlər
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq