Abşeronda Yol İstismarı İdarəsində dava: bir nəfər KAMAZ-ın altında qalaraq ölüb
Tarix: 09-11-2021 14:08 | Bölmə: Cəmiyyət
Abşeronda Yol İstismarı İdarəsində dava: bir nəfər KAMAZ-ın altında qalaraq ölüb

Abşeronda Yol İstismarı İdarəsində dava olub.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb.

Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq