COVID-19-a qarşı dərmanın sınaqlarına başlayıblar - Foto
Tarix: 10-11-2021 12:05 | Bölmə: Cəmiyyət
COVID-19-a qarşı dərmanın sınaqlarına başlayıblar

Qamaleya mərkəzi koronavirusla effektli mübarizə aparacaq antiteldən xüsusi dərman hazırlayır.

“РИА Новости” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, Qamaleya adına milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzinin əməkdaşları koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün antiteldən xüsusi preparatın hazırlanması üzərində çalışırlar. Bu barədə açıqlama verən mərkəzin direktoru Aleksandr Qinsburq artıq yanvar ayından etibarən klinikada sınaqlara başlayacaqlarını deyib: “Ümid edirəm ki, üç-dörd ay ərzində biz bu klinik təcrübələri uğurla keçəcəyik”.



Direktor sözlərinə onu da əlavə edib ki, təhlükəli virusa yaluxmuş insanların müalicəsində istifadə olunacaq daha bir neçə yeni dərman təcrübədə yoxlanmaqdadır. O, misal olaraq, “МИР 19” preparatının adını çəkib: “Mahiyyət etibarı ilə virusa qarşı antidot sayılan bu dərman artıq sınaqların ikinci fazasını keçib. Dərmanın təsiri PNK-nın interferensiya mexanizminə əsaslanır. Tərkibi iki komponentdən ibarətdir: təsirli maddə - PNK-nın kiçik interferensiyası və daşıyıcı-peptid”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq