Gəncədə ağır qəza: ölən və xəsarət alanlar var - Yenilənib
Tarix: 05-12-2021 15:42 | Bölmə: Cəmiyyət
Gəncədə ağır qəza: ölən və xəsarət alanlar var

Gəncə şəhərində baş verən ağır avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyətləri məlum olub. 


Qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.

****

Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır.

Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb/Report.

Faktla bağlı araşdırmalara başlanılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}