Ukraynada girov götürülən azərbaycanlı tələbədən yeni xəbər var
Tarix: 22-03-2022 18:15 | Bölmə: Cəmiyyət
Ukraynada girov götürülən azərbaycanlı tələbədən yeni xəbər var

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar.

Reyting.az
xəbər verir ki, bunu H.Abdullayevin əmisi Cahin Abdullayev Report-a deyib.

"Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi", - C.Abdullayev söyləyib.

Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər