Qrip və COVID-19-a eyni vaxtda yoluxma ölüm riskini 2,4 dəfə artırır
Tarix: 26-03-2022 09:19 | Bölmə: Cəmiyyət
Qrip və COVID-19-a eyni vaxtda yoluxma ölüm riskini 2,4 dəfə artırır

Həkimlər müəyyən ediblər ki, qrip və SARS-CoV-2 ilə eyni vaxtda yoluxma COVID-19-un ağır formalarının inkişaf şansını təxminən dörd dəfə, ölüm riskini təxminən 2,4 dəfə artırır.

Reyting.az
xəbər verir ki, bu barədə Edinburq Universitetinin mətbuat xidməti “Lancet” jurnalındakı məqaləyə istinadla bildirib.

"Müşahidələrimiz göstərir ki, koronavirus və qrip virusunun birləşməsi insan sağlamlığı üçün xüsusilə təhlükəlidir. Dünyanın əksər ölkələri məhdudlaşdırıcı tədbirləri ləğv etdikdən sonra bu problem xüsusilə kəskinləşəcək. Bu səbəbdən maksimum sayda insanın hər iki infeksiyaya qarşı peyvənd olunması son dərəcə vacibdir”, - Liverpul Universitetinin professoru Kalum Semple bildirib.(Trend)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər