09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyəcək
Tarix: 28-03-2022 14:24 | Bölmə: Cəmiyyət
Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyəcək

Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandunu təsdiqləyəcək.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə ediləcək.

Bundan əlavə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də komitənin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılacaq.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq