Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 28-03-2022 17:47 | Bölmə: Cəmiyyət
Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Cəlilabadda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, ötən ilin 4 dekabr tarixində Cəlilabad rayonu, Sabirabad kənd sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölub.

Toplanmış kifayət qədər sübutlar əsasında Akif Heydərova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər