31 Mart soyqırımı ilə bağlı konfrans keçiriləcək - Foto
Tarix: 29-03-2022 09:03 | Bölmə: Cəmiyyət
31 Mart soyqırımı ilə bağlı konfrans keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi martın 31-də hibrid formatda “Yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans keçirəcək.

Mərkəzdən bildiriblər ki, tədbir iki tarixi hadisəni birləşdirir.

Belə ki, həmin gün Azərbaycanda 1918-ci il mart soyqırımı qurbanlarının yad edildiyi gün, həmçinin 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasiminin keçirildiyi gündür.

Konfrans anım institutlarının təşkili və yaradılması, fəallıq, şəxsi əşyaların və sənədlərin mühafizəsi və toplanması, bu istiqamətdə çalışan beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmaq, soyqırımının inkarı və insanlıq əleyhinə cinayətlərin inkarına qarşı prosesin qurulması kimi əhəmiyyətli mövzuları müzakirə edəcəkdir.



Ukrayna müharibəsi də konfransın diqqət mərkəzində olacaq.

Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və nüfuzlu sabiq liderlər iştirakı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər