09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Teatra məxsus avtomobildən oğurluq olub
Tarix: 29-03-2022 11:38 | Bölmə: Cəmiyyət
Teatra məxsus avtomobildən oğurluq olub

Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1 500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq