Nazirlik Gəncədə eşidilən partlayış səslərinin səbəbini açıqlayıb
Tarix: 29-03-2022 16:08 | Bölmə: Cəmiyyət
Nazirlik Gəncədə eşidilən partlayış səslərinin səbəbini açıqlayıb

Müdafiə Nazirliyi Gəncə şəhəri yaxınlığında eşidilən partlayış səslərinin səbəbini açıqlayıb.

Nazirlikdən Reyting.az-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Gəncə şəhəri yaxınlığında partlayış səsləri eşidilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər