Fərruxda insan qalıqları aşkarlanır - Fotolar
Tarix: 29-03-2022 22:34 | Bölmə: Cəmiyyət
Fərruxda insan qalıqları aşkarlanır

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqları aşkarlanıb.

Reyting.az
xəbər verir ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri ərazidəki mövqelərdə qazıntı işləri apararkən aşkar ediblər.

İlkin ehtimala görə, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

İddia olunur ki, axtarış və qazıntılar nəticəsində erməni cinayətləri nəticəsində qətlə yetirilmiş şəxslərin kütləvi məzarlıqlarının üzə çıxması mümkündür.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}