Gəncədə tibb bacısı özünü 3-cü mərtəbədən atıb
Tarix: 29-03-2022 22:58 | Bölmə: Cəmiyyət
Gəncədə tibb bacısı özünü 3-cü mərtəbədən atıb

Gəncədə intihara cəhd hadisəsi olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib.

Xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G. Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb. 21 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, G. Mahmudovanın intihara cəhdinin səbəbi ailə münaqişəsidir. Nişanlı olan G. Mahmudovanın aprelin 15-də toyu olacaqdı. Ailə qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər