Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verib: "Qızıllarım hələ də qaytarılmayıb"
Tarix: 30-03-2022 15:50 | Bölmə: Cəmiyyət
Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verib: "Qızıllarım hələ də qaytarılmayıb"

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Leyla Məmmədova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyub:

"Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombardın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay keçmədi ki Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı şikayətim yoxdur"/Report.

Digər zərərçəkmiş Rəna Məmmədovanın sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda 5 500 manat dəyərində qızıl girov qoyub:

"Anamın vəziyyəti pis idi Gəncəyə getdim. Faiz ödənişləri etməyə gedəndə lombardın bağlı olduğunu gördüm və hamı kimi mən də polisə şikayət etdim. Orda mən Maqsudu görməmişəm. Hamının qızılları qaytarılsa da mənim qızıllarım hələ də qaytarılmayıb".

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər