Lerikdə sürüşmə olub - Bir ev torpaq altında qalıb - Fotolar
Tarix: 30-03-2022 21:49 | Bölmə: Cəmiyyət
Lerikdə sürüşmə olub - Bir ev torpaq altında qalıb

Lerik rayonunda torpaq sürüşməsi baş verib.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında olub. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N. Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}