16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 31-03-2022 12:55 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}