Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb
Tarix: 31-03-2022 13:15 | Bölmə: Cəmiyyət
Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

O bildirib ki, Səbail rayonu ərasində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəhlə kimi çalışıb. Lakin B. Qaraşov çalışdığı, V. Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.

V. Səfərlinin həbsindən sonra məlum olub ki, B. Qaraşova işlədiyi şirkətdən əməkhaqqı rəsmi qaydada verilib.

"2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb", - iddiada göstərilib.

Mülki iddia hazırda hakim Şəhriyar Əliyevin icraatına verilsə də, prosesin vaxtı hələlik məlum deyil.

B. Qaraşov məhkəmədən xahiş edir ki, ona dəymiş maddi zərər ödənilsin.

Qeyd edək ki, V. Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər