16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Güclü təsir edən maddələri satanlar 10 il həbs olunacaq
Tarix: 05-04-2022 18:14 | Bölmə: Cəmiyyət
Güclü təsir edən maddələri satanlar 10 il həbs olunacaq

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilməsi və daha ağır sanksiyaların tətbiq edilməsi təklif edilir.

Reyting.az
xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir. Cinayət Qanununda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur.

Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur.

Bununla yanaşı, güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs gözləyəcək.

Belə ki, dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda, Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}