Sabahın hava proqnozu açıqlanıb
Tarix: 21-05-2022 12:36 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}