12:45 / 08-08-2022
Sabah yağış yağacaq
Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq
Tarix: 05-08-2022 16:34 | Bölmə: Cəmiyyət
Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Tahir Əliyev Ağstafa rayonunda dəfn olunacaq.

Məlumata görə, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir.

Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbristanlığında torpağa tapşırılacaq.

Bundan əlavə, hadisə nəticəsində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq/Report.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:45 Sabah yağış yağacaq

{sape_links}{sape_article}