İsmayıllıda körpə ölüb
Tarix: 31-10-2022 14:09 | Bölmə: Cəmiyyət
İsmayıllıda körpə ölüb

İsmayıllı rayonunda üçgünlük körpə ölüb.

Məlumata görə, üç gün əvvəl rayonun Hacıhətəmli kənd sakinlərinin ailəsində dünyaya gələn körpənin halı pisləşib.

Ailə üzvləri körpəni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra ailə onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmaq üçün yola çıxıblar.

Lakin körpə rayonun Basqal kəndi ərazisi yaxınlığında keçinib/Report.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər