Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib
Tarix: 31-10-2022 16:29 | Bölmə: Cəmiyyət
Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib

Bu gün Şuşa şəhərində Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

Reyting.az
 xəbər verir ki, iclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını və qürurverici olduğunu bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə çıxış edərək Azərbaycanın mədəniyyət paytaxtı olan tarixi Şuşa şəhərində olmaqdan keçirdiyi hissləri bölüşüb. O, Şuşanın Azərbaycan xalqının tarixində və mədəniyyətindəki tutduğu yerdən danışıb.

Komitə sədrlərinin çıxışlarından sonra  "Ali təhsil haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub. Layihə barədə komitə sədri B.Əliyev geniş məlumat verib və deputatlar sənəd ətrafında fikirlərini səsləndiriblər.

Layihənin müzakirəsindən sonra isə işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Deputatlar Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər