Ağcabədidə şəhidlərin xatirə bulağı kompleksindən oğurluq edilib
Tarix: 31-10-2022 17:56 | Bölmə: Cəmiyyət
Ağcabədidə şəhidlərin xatirə bulağı kompleksindən oğurluq edilib

Ağcabədi rayonunda Qarabağ müharibəsi şəhidləri Münasib Hüseyn oğlu Əliyev və onun qardaşı oğlu Polad Nuralı oğlu Əliyevin xatirələrinə inşa edilmiş bulaq kompleksinin üzərindəki gül və əklillər oğurlanıb.

Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, ötən ilin dekabr ayında hər iki şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların yaşadığı küçədə xatirə bulağı inşa edilib.

Şəhidlərin ailəsindən bildirilib ki, mütəmadi olaraq abidənin üzərinə əklil və güllər qoyulub. Qeyd olunub ki, təxminən beş gün əvvəl abidənin üzərində əklil və gülləri yenisi ilə əvəzləyiblər. Amma ötən gecə, əklil və güllər yoxa çıxıb.

Hadisə ilə bağlı şəhidlərin ailəsi tərəfindən artıq hüquq-mühafizə orqanlarına müraciət olunub.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 102 Qaynar xəttinə bu gün səhər bu hadisə barədə məlumat daxil olub. Qeyd olunub ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Münasib Hüseyn oğlu Əliyev 1994-cü ilin yanvar ayında Ağdamın Mərzili kəndi istiqamətində itkin düşüb. Şəhid Polad Nuralı oğlu Əliyev isə 2005-ci il sentyabr ayında ermənilərin Tərtərin Borsunlu kəndi istiqamətindəki təxribatının qarşısını alarkən şəhid olub/Report.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}