Sabahın hava proqnozu açıqlanıb
Tarix: 01-11-2022 12:56 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}