Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tarix: 06-11-2022 15:22 | Bölmə: Cəmiyyət
Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçiriləcək. Bu səbəbdən 3 marşrut üzrə yollar bağlacaq.

Reyting.az
-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.

Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, “Nizami” kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;

İkinci marşrut: Şəhidlər Xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrostasiyası, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəlinin qarşısı;

Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər Xiyabanı.

DYP rəsmisi diqqətə çatdırıb ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Bu səbəbdən sürücülərdən və hərəkət iştirakçılarından xahiş olunur ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər