Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib - Yenilənib
Tarix: 09-11-2022 08:43 | Bölmə: Cəmiyyət
Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib - Yenilənib
Rəşad Dağlı

Məşhur meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) qətl hadisəsi törədib.

Reyting.az
xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Məlumata görə, Lökbatan dairəsi kimi tanınan ərazidə Rəşad Əmirovla qonşusu İskəndər Mehtiyev arasında mübahisə zəminində dava düşüb. R. Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev təsdiqləyib.

***

Qaradağ Rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə ayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Qeyd edək ki, Rəşad Əmirov meyxana aləmində Rəşad Dağlı kimi tanınır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər