18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Ali Attestasiya Komissiyasında qanunlara məhəl qoyulmur – Professor
Tarix: 04-07-2018 19:44 | Bölmə: Cəmiyyət

Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik Arif Mehdiyevin vəfatından sonra sədrin səlahiyyətlərini Vəli Hüseynov icra etməyə başlayıb. AAK-da işləyənlərin bildirdiyinə görə, Vəli Hüseynov işçilərə deyib ki, yaxın günlərdə prezidentin sərəncamı ilə sədr olacaq.
Reyting.az saytı Yenicag.az-a istinadla xəbər verir ki, Vəli Hüseynov vəzifəyə gəldikdən sonra AAK-da bəzi kadr islahatları aparıb. Onun ən çox problem yaşadığı şəxslərdən biri də filologiya elmləri doktoru, professor Səadət Zeynalova olub. Zeynalovanın sözlərinə görə, Vəli Hüseynov öz əməllərini həyata keçirərkən qarşısında böyük maneə kimi onu görüb. Bu maneəni aradan qaldırmaq məqsədi ilə “kadr siyasəti” adı altında Səadət Zeynalovanı özünün razılığı olmadan qeyri-qanuni şəkildə Humanitar və ictimai elmlər şöbəsindən qeyri-elmi və ixtisasına uyğun olmayan İnformasiya və analitik tədqiqatlar texniki şöbəsinə keçirilməsinə əmr verib. Vəli Hüseynovun özbaşınalığına son qoymaq və özünün pozulmuş hüquqlarını bərpa etmək üçün professor Səadət Zeynalova 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə müraciət edib.
Səadət Zeynalova Yenicag.az-a bildirib ki, Ali Attestasiya Komissiyasının sədr vəzifəsini müvəqqəti icra edən V.Hüseynovun vəzifəsindən sui-istifadə edərək özbaşınalığı, qanunsuz hərəkətləri və qeyri-qanuni verdiyi əmrləri barəsində konkret faktlarla bağlı şikayət edib:
“2017-ci ilin iyun ayının sonunda V.Hüseynov məni otağına çağıraraq dedi ki, “ya mən ona ən yaxın işçi olmalıyam, ya da bu təşkilatdan çıxıb getməliyəm”. Yəni mən onun saxta və cinayət xarakterli işlərində ona dəstək olmaqla köməklik göstərməli idim. Ona “mənim müqaviləmin sonuna 1,5 il (bir il yarım) qalıb. Əgər siz təşkilatın rəhbəri olsanız, mən özüm çıxıb gedəcəyəm və sizinlə işləməyəcəm”,- dedim. V.Hüseynov mənə cavab verdi ki, “fikirləşirəm, tez gedəcəksiniz”. Bundan başqa, dəfələrlə deyib ki, “mənə AAK-da yüksək ixtisasalı mütəxəssislər lazım deyil, adi texniki işçilər lazımdır, gəlin keçirim sizi ekspert şurasına”. (Dediyindən belə çıxır ki, ona işlərindən başı çıxmayan işçilər lazımdır). Birdə tez-tez eşitdirirdi ki, “mən keçmiş AAK-ın sədri, akademik Arif Mehdiyevin kadrlarını işdən çıxartmayacağam, amma elə dərəcəyə çatdıracağam ki, özləri öz xoşları ilə ərizə yazıb çıxıb getsinlər.
Bəlkə də AAK-ın keçmiş sədri, mərhum akademik Arif Mehdiyev dünyasını dəyişəndən sonra məni bu təşkilatda nələrin gözlədiyini yaxşı bilirdi və buna görə də, bu təşkilatda təkcə mənimlə 1 illik yox, 2 illik müqavilə bağlamışdı”.
Professor Səadət Zeynalova qeyd edib ki, V. Hüseynovun ona qarşı olan təzyiqinin artması, onun barəsində xəbəri olmadan ardıcıl olaraq böhtan xarakterli əmrlərin verilməsi, sonda böhtan ataraq 27.11.2017-ci il tarixində qeyri-qanuni töhmət verməsi onu 19.12.2017-ci il tarixində axırıncı ərizəsilə V. Hüseynova bir də müraciət etməyə və məhkəməyə iddia ərizəsi verməyə məcbur edib:
“V.Hüseynov mənə yalan vədlər verirdi ki, “keçdiyim şöbə mənim gələcəyim və sonrakı inkişafım üçün təkan verəcək”. Bununla da, məndən adıçəkilən şöbəyə keçməyə etirazım olmadığına dair müraciət yazmağı təklif etdi. Hətta bununla bağlı bir əmr də vermişdi. Mən də ona inanıb (təşkilatın müvəqqəti sədri olduğuna görə) 06.07.2017-ci il tarixli izahatımda AAK-ın hüquqşunası Fazil Nəsibovun diktəsi əsasında yazdım ki, “mənə məlum oldu ki, keçdiyim şöbəyə ixtisasımla uyğun əlavə funksiyalar verilib. Buna görə də, həmin şöbədə işləməyə etiraz etmirəm”. Ancaq bu günə kimi bu şöbədə mənə heç bir səlahiyyətlər verilməyib, xarici jurnallar şöbəyə daxil olmayıb, təkcə plagiata yoxlanılmaq üçün dissertasiyalar gəlir, özü də əksəriyyəti ixtisasımla bağlı olmayan”.
Xaricdə nəşr olunan jurnalların saxtalarının yaradılmasına gəldikdə isə professor Zeynalova bunları deyib:
“Mənim Humanitar və ictimai elmlər şöbəsindən qeyri-elmi İnformasiya və analitik tədqiqatlar şöbəsinə keçirilməyimin əsas səbəbi, birinci şöbədə iddiaçılar tərəfindən təqdim edilmiş və elmi-texniki ekspertiza zamanı 48 Thomson Reuters bazasındakı, xarici və MDB ölkələrinin adı ilə nəşr olunmuş saxta jurnalları aşkar etməyim olub.
Bu jurnallar haqqında mən AAK-ın sədr vəzifəsini icra edən Vəli Hüseynova dəfələrlə məlumat verdim və ona bunların birmənalı saxta olmasını sübut etdim. V.Hüseynov bu haqda müvafiq orqanlara, yuxarı instansiyalara məlumat verəcəyini bildirdi və mənə AAK-ın gözünü belə saxtakarlığa açdığıma görə təşəkkür etdi. Buna baxmayaraq, bir müddət sonra bu acınacaqlı fakta ciddi reaksiya vermək əvəzinə o, vəzifəsindən sui-istifadə edərək AAK-da həyata keçirdiyi “struktur dəyişiklikləri” adı altında məni ixtisasım üzrə işlədiyim şöbədən təkidlə kənarlaşdırdı, işin üstünü ört-basdır etmək məqsədi ilə məni elmi şöbədən ixtisasıma uyğun olmayan qeyri-elmi İnformasiya və analitik tədqiqatlar şöbəsinə keçirmək üçün əmr verdi”.
Məhkəmə prosesi barədə isə professor Zeynalova aşağıdakıları qeyd edib:
“29.06.2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə 2 dəfə verilən iddia ərizəsi əsasında 6 ay davam edən prosesin sonuncu iclası idi. Əgər məhkəmə ədalət, düzgünlük və qanun tərəfində olsaydı, qərar mənim pozulmuş hüquqlarımı bərpa edər, verilmiş əmrlərin qanunsuz olmağını dəstəkləyərdi. Vəli Hüseynovun təzyiqi altında məhkəmənin hakimi Miminat Hacibəyova mənim iddiamı təmin etmədi. Vəli Hüseynov bu haqda əvvəlcədən bilirdi və əmin idi ki, törətdiyi qanunsuzluqlara baxmayaraq, bu prosesi udacaq. Məhkəmədə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi. Birinci bizi məcbur etdilər ki, V.Hüseynovun adını müraciətdən çıxardaq. Təkcə təşkilatın adı qalmaq şərti ilə qərar veriləcəyini bildirdilər. 6 aydır bu işə baxılır, təkcə sonuncu iclasda bizə irad tuturlar ki, iddia müraciəti düz deyil. Sonra iclas 02.07.2018-ci il tarixinə qədər təxirə salındı. İddiaçı məsələnin uzadılmasına etiraz bildirəndə, yenə də iclası davam etdirmək barədə qərar verildi. Kütləvi informasiya vasitələrinin nümayəndələri – müxbirlər artıq çıxıb getmişdir. Nəticədə iddia təmin edilmədi. Düşünürük ki, bu, bir oyun idi”.
Səadət Zeynalovanın vəkili Qubadəli Rzayevin sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər:
“Biz bilirik ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarı tam qanunsuz və əsassızdır, iddia tələbimiz isə qanuni və əsaslıdır”.
Redaksiya əks tərəfin də mövqeyinə yer ayırmağa hazırdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək
27-01-2026, 13:04
Sabiq rəisin məhkəməsi başlayıb

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər