21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dağlıq rayonlara qar yağıb
Tarix: 01-02-2023 11:03 | Bölmə: Cəmiyyət
Dağlıq rayonlara qar yağıb

Fevralın 1-nə olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Reyting.az
xəbər verir ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, Naxçıvan, Şahbuz, Lerikdə 1 sm olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 mm, Lənkəranda 5.0 mm, Göytəpə, Astarada 4.0 mm, Ağdərə, Cəfərxanda 3.0 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında : Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 mm-dək olub.

Duman: Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.

Havanın temperaturu yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər