Türk dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq müzakirə olunub - Foto
Tarix: 01-02-2023 14:21 | Bölmə: Cəmiyyət
Türk dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Qazaxıstan Respublikasının təhsil naziri Qani Beysembayev ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüş zamanı tərəflər Türk Dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq məsələlərini müzakirə edib, təhsil prosesində mühüm tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə akademik Ş. Mustafayev Beynəlxalq Türk Akademiyasının Elmi Komitəsinin ötən il Astanada keçirilən 5-ci iclasında qəbul edilən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin orta ümumtəhsil proqramlarına daxil edilməsi təklifi ilə çıxış edib.

Nazir Q. Beysembayev təhsil sistemindəki prioritetlərə diqqət çəkərək, gənc nəslin ortaq türk tarixini öyrənməsinin, türk dövlətləri arasında qardaşlıq həmrəyliyi ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Q. Beysembayev Akademiyanın bu istiqamətdə səylərini müsbət qiymətləndirməklə gələcək təşəbbüsləri dəstəkləyəcəklərini bildirib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}