12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rayonlara gediş haqları nə vaxt müəyyənləşəcək? - Açıqlama
Tarix: 01-02-2023 14:24 | Bölmə: Cəmiyyət
Rayonlara gediş haqları nə vaxt müəyyənləşəcək? - Açıqlama

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il qərarına əsasən, ictimai nəqliyyatda sərnişindaşıma qiymətləri artırılıb.

Reyting.az
-ın məlumatına görə, fevralın 3-dən etibarən metroda sərnişindaşıma tarifi 30 qəpikdən 40 qəpiyə qaldırılıb.

Bununla yanaşı, müntəzəm şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik) olacaq. Hazırda şəhərdaxili avtobuslarda gedişhaqqının məbləği məlumdur.

Lakin şəhərlərarası avtobus marşrutlarının qiyməti kilometrə görə hesablandığı üçün hələlik dəqiq qiymətlər məlum deyil. Hazırda avtovağzalda tarif cədvəlində bugünə olan bəzi istiqamətlər üzrə qiymətlər belədir: Bakı-İsmayıllı – 6.20 Bakı – Qusar – 4.20 Bakı – Siyəzən – 2.40 Bakı- Mingəçevir – 7.40 Ayın 3-nə müəyyən olunacaq qiymətləri öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) ilə əlaqə saxladıq.

Reyting.az-ın məlumatına görə, agentlikdən Cebhe.info-ya bildirdilər ki, hazırda hesablama gedir, rayonlara istiqamətlər üzrə qiymətlər cədvəli ayın 3-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytında yerləşdiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən də bildirdilər ki, qiymət marşrut cədvəlindəki kilometrin Tarif Şurasının müəyyən etdiyi yuxarı hədd qiymətinə vurulması ilə hesablanır. Bu qaydaya uyğun da qiymətlər bəlli olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər