21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Cəlilabadda məktəb rəhbərliyinə cinayət işi açılıb
Tarix: 01-02-2023 15:26 | Bölmə: Cəmiyyət
Cəlilabadda məktəb rəhbərliyinə cinayət işi açılıb

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Reyting.az
rayon prokurorluğuna istinadla xəbər verir ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər