21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İlkin Süleymanovun məhkəmə prosesi təxirə düşüb
Tarix: 01-02-2023 18:28 | Bölmə: Cəmiyyət
İlkin Süleymanovun məhkəmə prosesi təxirə düşüb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.

Mləlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclası təxirə düşüb.

Buna səbəb, ifadə vermək üçün məhkəməyə dəvət olunan ekspertlərərin (ilk olaraq 3 ekspert dəvət olunub) məhkəməyə getməməsi və həmçinin hakimin verdiyi qərara əsasən məhkəməyə təqdim olunmalı olan maddi sübutların məhkəməyə təqdim edilməməsi olub.

Növbəti məhkəmə iclası fevralın 8-nə təyin olunub/Report.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər