Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutulub
Tarix: 02-02-2023 10:23 | Bölmə: Cəmiyyət
Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutulub

Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.

Reyting.az
xəbər verir ki, Suraxanı rayonu ərazisində bir nəfərin paytaxt sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}