Akademik Şahin Mustafayev Mustafa Şentop ilə görüşüb - Foto
Tarix: 02-02-2023 10:55 | Bölmə: Cəmiyyət
Akademik Şahin Mustafayev Mustafa Şentop ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüş zamanı Türk Dünyasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ş. Mustafayev rəhbərlik etdiyi Akademiyada 2023-cü ildə nəzərdə tutulan mühüm tədbirlər və görüləcək işlər haqqında məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin sədri M. Şentop Akademiyanın Türk Dünyası tarixi və mədəniyyəti, dil və ədəbiyyatı sahələrində aparılan səmərəli elmi araşdırmaları yüksək qiymətləndirib. O, Beynəlxalq Türk Akademiyası tərəfindən aparılan sistemli elmi tədqiqatların bundan sonra da davam edəcəyinə, qurumun təhsil və elm sahələrində böyük uğurlar qazanacağına, beynəlxalq aləmdə layiqli yerini tutacağına əminliyini ifadə edib.

Qeyd edək ki, akademik Ş. Mustafayev Türk Dövlətləri Təşkilatı Katibliyinin təşkil etdiyi Koordinasiya Toplantısında iştirak etmək üçün Türkiyə Respublikasında rəsmi səfərdədir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}