21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
Tarix: 02-02-2023 11:13 | Bölmə: Cəmiyyət
DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum sədri bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil: “Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır/Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər