17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rus gözəli Putini tənqid etdikdən qısa müddət sonra öldürülüb - Fotolar
Tarix: 02-02-2023 18:18 | Bölmə: Cəmiyyət
Rus gözəli Putini tənqid etdikdən qısa müddət sonra öldürülüb

Rusiya Ukrayna ilə müharibəyə başlamazdan əvvəl rus model prezident Putinin əleyhinə açıqlamalar verdikdən dərhal sonra ömrünü faciəvi sonluqla başa vurub.

Reyting.az
İngiltərə mətbuatına istinadla bildirir ki, 23 yaşlı rusiyalı model Qretta Vedlerin cəsədi çamadanda tapılıb. Vedlerin cəsədinin bir ildir ki, çamadanda olduğu müəyyən edilib.



Məlumata görə, gənc qadın Vladimir Putini “psixopat” adlandırdıqdan bir ay sonra keçmiş sevgilisi tərəfindən öldürülüb.

24 yaşlı Dmitri Korovin polisdə dindirilərkən hər şeyi etiraf edib. Aydınlaşıb ki, Korovin Vedleri öldürdükdən bir il sonra onun sosial media hesablarında paylaşımlar edib və beləcə, izləyicilərdə gənc qadının sağ olduğu təəssüratını yaradıb.

Gənc qadının dostlarından Yevgeni Foster bir müddət Vedlerdən xəbər tutmayıb və polisə məlumat verib. Dərhal hərəkətə keçən qruplar, modelin əri tərəfindən “öldürüldüyünü” müəyyən ediblər.



Qeyd olunur ki, gənc qadın Putinlə bağlı paylaşımında “Putinin uşaqlığı çətin keçib. Fiziki cəhətdən balaca olduğu üçün özünü müdafiə edə bilmirdi. Təəccüblü deyil ki, o, hüquq fakültəsini atıb DTK-ya qoşulub”, - yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}