Şəmkirdə qadın öldürülüb
Tarix: 04-02-2023 20:15 | Bölmə: Cəmiyyət
Şəmkirdə qadın öldürülüb

Şəmkir rayonunun Sabir kənd kəndində qadın öldürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Reyting.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}