Ölmüş sayılan qadın dəfn bürosunda “dirilib”
Tarix: 07-02-2023 11:31 | Bölmə: Cəmiyyət
Ölmüş sayılan qadın dəfn bürosunda “dirilib”

Amerikada ölüm diaqnozu qoyulmuş 82 yaşlı qadını morqda sağ-salamat aşkar ediblər.

Reyting.az
“New York Post”-a istinadla xəbər verir ki, Birləşmiş Ştatların Nyu-York ştatının Lonq-Aylend adasındakı dəfn bürosunun əməkdaşları onlara təhvil verilən ölmüş qadının az sonra “dirildiyini” görüblər.

Məlumatda qeyd edilir ki, üç gün əvvəl reabilitasiya mərkəzində ölüm diaqnozu qoyulmuş və morqa gətirilən 82 yaşlı qadın ayılıb və nəfəs almağa başlayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq